Modern.az

Amerikalı tələbəyə Şimali Koreyada 15 il hökm oxundu

Amerikalı tələbəyə Şimali Koreyada 15 il hökm oxundu

Təhsil

16 Mart 2016, 17:28



Koreya Xalq Demokratik Respublikasının (KXDR) məhkəməsi ABŞ-ın Ohayo ştatından olan tələbə ilə bağlı hökm elan edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, amerikalı ömrünün 15 ilini bu ölkənin əmək düşərgəsində keçirəcək.

Gənc oğlan Koreya xalqının birliyini pozmaq cəhdində ittiham elan edilib. O, günahını tamamilə etiraf edib.

Fevral ayının sonunda Şimali Koreya mətbuatı yazıb ki, Otto Fredrik Vombier otellərdən birində siyasi şüar olan plakatı cırıb.

Tələbə KXDR-ə 2015-ci il dekabrın 25-də Pekindən turist qrupunun tərkibində gəlib. Yanvarın 1-də Pxenyandakı “Yanqakto” otelinin əcnəbi turistlər üçün nəzərdə tutulan xidməti ərazisinə gedərək orada asılan siyasi plakatı qoparıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?