
Vergilər Nazirliyi 2016-cı ilin yanvar-fevral ayları ərzində vergi daxilolmaları haqqında məlumatı açıqlayıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olub.
Proqnoz tapşırığına 101,3 faiz əməl edildiyi bildirilir.
Gülşən RAUFQIZI