
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamına münasibət bildirib. .
Modern.az xəbər verir ki, P.Aqramuntun bu məsələ ilə bağlı bəyanatında AŞPA-nın saytında yerləşdirilib. O, əfvlə bağlı atılan addımı yüksək qiymətləndirib:"Bu gün Azərbaycanda 148 nəfərin, o cümlədən, Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam".
Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm. 148 nəfərin azadlığa çıxması ilə nəticələnən bu böyük təşəbbüsü alqışlayıram".
Modern.az