Modern.az

Cərimələri ödəməyənlər ölkəni tərk edə bilməyəcək

Cərimələri ödəməyənlər ölkəni tərk edə bilməyəcək

Təhsil

17 Mart 2016, 20:39

 

Azərbaycan prezidenti İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişikliklə bağlı fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, görə, dəyişiklik “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi çərçivəsində Ədliyyə Nazirliyinin vəzifələri ilə bağlıdır.

İndiyə qədər Ədliyyə Nazirliyinin məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən isə bundan sonra Ədliyyə Nazirliyinin məhkəmənin əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olacaq. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?