Terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) qan donduran edamlarına bir yenisi daha əlavə edilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, terror təşkilatının yeni yaydığı görüntülərdə yenə qanlı edam səhnələri var. Casus olduqlarını iddia etdikləri adamları boyunlarına partlayıcı bağlayaraq qətl edirlər.
İŞİD-in vəhşiliyi bununla da məhdudlaşmır. Yenə casusluqla günahlandırılan iki nəfər başlarına güllə sıxılaraq öldürülür. Bir başqa məhkum isə yaraqlıların adlarını təhlükəsizlik qüvvələrinə sızdırmaq cinayətinə görə başı kəsilərək vəhşicəsinə öldürülür.



Modern.az