Modern.az

Əfv sərəncamının icrasına başlanılıb - məşhurlar azadlıqda

 Əfv sərəncamının icrasına başlanılıb - məşhurlar azadlıqda

Təhsil

17 Mart 2016, 23:33


 

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb. Modern.az saytı xəbər verir ki, artıq müsavatçı gənc Sirac Kərimli və N!DA Vətəndaş Hərəkatının təsisçilərindən biri Rəşadət Axundov, Ömər Məmmədov, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov,  azadlığa buraxılıb. Yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs hazırda evindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovdur.

Bundan başqa, əfv siyahısında 13 əcnəbinin də adı var.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?