Modern.az

Orta məktəbdə təhsilini başa vurmayanlar apreldə imtahan verəcəklər

Orta məktəbdə təhsilini başa vurmayanlar apreldə imtahan verəcəklər

Təhsil

18 Mart 2016, 17:09

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva eksternat qaydasında imtahanların təşkili barədə əmr imzalayıb. Modern.az xəbər verir ki, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Eksternlərin ərizələri aprelin 1-dən 20-dək qəbul ediləcək. Eksternlər  üçün  aralıq  imtahanları  11, 12, 13  may  2016-cı il  tarixlərdə keçiriləcək. 

Ümumi  orta  və  tam  orta  təhsil  proqramları  üzrə  eksternat  qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib.

Aytən ZƏHRA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?