Modern.az

Banklardakı əmanətlər artıb

Banklardakı əmanətlər artıb

Təhsil

18 Mart 2016, 17:33


2016-cı il fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq 8643,3 milyon manat təşkil edib.

Modern.az saytı xəbər verir ki, bu haqda Statistika Komitəsinin 2016-cı ilin yanvar-fevral ayı üzrə makroiqtisadi göstəricilərində qeyd olunub.

Bildirilib ki, 2016-cı il fevralın 1-i vəziyyətinə görə, əhalinin əmanətləri8643,3 milyon manat, əvvəlki ilin eyni dövrünə nisbətən 121,4 faiz, o cümlədən: milli valyutada 1422,0 əvvəlki ilin eyni dövrünə nisbətən 33,3 faiz, xarici valyutada 7221,3 milyon manat, əvvəlki ilin eyni dövrünə nisbətən 2,5 faiz təşkil edib.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?