Modern.az

Prezident Neft Fondunun büdcəsinə dəyişiklikləri təsdiq etdi

Prezident Neft Fondunun büdcəsinə dəyişiklikləri təsdiq etdi

Təhsil

18 Mart 2016, 17:51

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 23 fevral tarixli qanunu nəzərə alaraq, Neft Fondunun 2016-cı il üçün büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə fərmanda aşağıdakı dəyişikliklər edilir:

- 1-ci hissədə “6 711 564,1” (min manatla - gəlirlər) rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” (min manatla - xərclər) rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz edilir.

- 3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

7 615 000,0

3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137 621,7

3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

36 558,0

3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2 355 318,0

3.7.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

331 776,0

3.8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 660,0

 

Cəmi

10 668 933,7

Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilir:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası

Sıra №-si

Xərclər

Kod

Məbləğ

 

Əməyin ödənişi

210000

6,078,280

 

Malların (işlərin və xidmətlərin) satın alınması

220000

4,273,448

 

Qrantlar və digər ödənişlər

260000

636,700

 

Təqaüdlər və sosial müavinətlər

270000

100,000

 

Digər xərclər

280000

11,245,950

5.1.

İcarə və muzdlu xidmətlər

281400

86,000

5.2.

Sair xərclər

282100

8,397,950

5.3.

Bank xərcləri

282300

2,762,000

 

Qeyri-maliyyə aktivlərinin alınması

310000

10,325,623

XƏRCLƏRİN CƏMİ

 

32,660,000

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?