Modern.az

5 dəqiqədə 30 milyon dollar xərclədi

5 dəqiqədə 30 milyon dollar xərclədi

Təhsil

18 Mart 2016, 18:57



Türkiyənin məşhur iş adamı Ali Ağaoğlu qatıldığı radio proqramında 5 dəqiqədə 30 milyon dollara Marmarisdəki Ferma Adasını satın aldığını bildirərək “Oranı ailəm üçün satın almışam”,  - deyib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, rəngli həyatı və yumor hissi çox güclü olan məşhur iş adamı Ali Ağaoğlu şəxsi həyatına dair bəyanatlar da səsləndirib.

Ona ünvanlanan suallara cəsarətli cavablar verən məşhur iş adamı, 30 milyon dollara Marmarisdəki Ferma Adasını satın aldığı məsələsinə toxunaraq deyib: “Bəyəndiyimi 5 dəqiqədə alıram. Oranı da ailəm üçün satın almışam. İçində daş evlər var”.

Aparıcının suallarına ciddiliklə cavab verən Ağaoğlu avtomobilləri ilə bağlı suala “Lisey dövründən bu yana avtomobilə marağım var. Maşınımı özüm idarə edirəm. Sürücü tutacaq pulum yoxdur”, - deyərək zarafat edib.

 O çox xobbisinin olmadığını da vurğulayıb: “Özümə və avtomobillərimə pul xərcləyərm. Kimsədən soruşmadan bəyəndiyim avtomobili alıram. Paltarlara da pul xərcləyirəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?