Modern.az

Yanacaqdoldurma məntəqəsində yanğın olub

 Yanacaqdoldurma məntəqəsində yanğın olub

Təhsil

18 Mart 2016, 21:18


Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.   Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.  

“Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur”, deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.  

Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?