Modern.az

”Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayıracaq” - Əhməd Davudoğlu

”Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayıracaq” - Əhməd Davudoğlu

Təhsil

19 Mart 2016, 00:22

 

Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.

“İlk 3 milyarddan biz yaxın günlərdə istifadə etməyə başlayacağıq. Əlavə 3 milyard 2018-ci ilin sonunadək ayrılacaq”, deyə Ə.Davudoğlu bildirib.

Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibb, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq.

Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: “İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra, Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard dollar ayıracaq”.   

Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?