Modern.az

“Mən də özümü Bakıda partlatmak istiyirəm” - PPK tərəfdarı

“Mən də özümü Bakıda partlatmak istiyirəm”  - PPK tərəfdarı

Təhsil

19 Mart 2016, 23:27

 

İstanbulun mərkəzi meydanı olan Taksimdə bu gün həyata keçirilən terror aktından sonra tvitter sosial şəbəkəsində bir kürd tərəfdarının bu şəbəkədə paylaşdıqları insanları qorxuya salıb.   Modern.az musavat.com-a istinadən xəbər verir ki, özünü Ərbil kökənli kürd kimi təqdim edən PKK tərəfdarı qız, İstanbulda bu gün törədilən terakta haqq qazandırıb.

Lakin diqqəti çəkən ən maraqlı paylaşım isə, onun “Bende kendimi Baküde partlatmak istiyorum” yazması olub. Bundan əlavə PKK tərəfdarı 16 martda Bakıda olduğu ilə bağlı tvitlər də paylaşıb. Aşağıdakı linkdə həmin profilə daxil olub, baxa bilərsiniz.

//twitter.com/rojin_evin

PKK tərəfdarlı qız daha sonra tvitter səhifəsində “Mən nə PKK-çıyam, nə terrorçu. Sadəcə öz düşüncələrimi paylaşdım”, “Bakıdan çıxdım, Ərbilə gəlirəm”, “Bütün Türk, Kürd, Azərbaycan xalqından üzr istəyirəm”, ”Dediklərimə görə utanıram. Məni bağışlayın, böyüklük sizdə qalsın” tipli tvitlər atıb.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?