
Kalininqrad şəhərindəki 35 saylı liseyin direktoru Vladimir Kober öldürülüb. Modern.az-ın Rusiya mediasına verdiyi xəbərə görə, 62 yaşlı direktorun bədənində kəsilmiş-deşilmiş yaraları olan meyiti martın 20-də yaşadığı mənzildə aşkar olunub. Mənzildəki əşyalar da dağınıq vəziyyətdə olub.