Modern.az

Bayram günü daha bir ağır qəza

 Bayram günü daha bir ağır qəza

Təhsil

20 Mart 2016, 21:22


Bakı-Qazax yolunun 134-cü kilometrliyində, Şamaxı rayonu ərazisində “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə avtomobildə olan 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.  

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:20-də başa çatıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?