Rusiya Donetskə Ukrayna internet KİV-lərinə kiberhücumları həyata keçirəcək xüsusi kompleks gətirib. Modern.az saytı xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Rəsmi Kiyev Moskvanın bununla da Ukraynaya qarşı kiberterrorizmə hazırlandığını bildirib. Moskvanın bu əməliyyatlarına Rusiya Silahlı Qüvvələrinin polkovniki Sergey Fedçenko rəhbərlik edəcək.
Qeyd edək ki, Donetsk Ukrayna ərazisidir. 2014-cü ildə Krımın anneksiyasından sonra Rusiya Donetsk və Luqanskdakı terrorçulara böyük dəstək verib. Bundan sonra hər iki vilayət separatçıların nəzarətinə keçib.
Modern.az