Modern.az

Şimali Koreya yenə raket atdı

Şimali Koreya yenə raket atdı

Təhsil

21 Mart 2016, 12:42

Şimali Koreya daha bir raket sınağı həyata keçirib.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Şimali Koreya Şərqi Çin Dənizində bir neçə qısa mənzilli raketlərinin sınağını edib.

Cənubi Koreya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə ölkənin şərqindəki Hamhung şəhərindən atılan raketlərin 200 kilometr boyunca havada qaldıqdan sonra dənizə düşüb.

Nazirlik həmçinin hansı növ raket atıldığının müəyyən edilməyə çalışıldığını da ifadə edib. Şimali Koreya ötən cümə günü isə balistik raket sınağı həyata keçirərək 800 kilometr məsafədəki hədəfləri vurub.

Qeyd edək ki, Şimali Koreyanın bu sınaqları ABŞ ilə Cənubi Koreyanın davam etdirdiyi birgə təlimə reaksiya olaraq həyata keçirdiyi bildirilib.

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?