
Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Novruz bayramı günlərində Lənkəranin Aşağı-Nüvədi kəndindən keçən il martın 27-də cəbhə bölgəsində şəhid olmuş zabit İqbal Əhmədovun ailəsi ilə görüşüb. Səmimi kecən görüşdə şəhidin qaynatası Sadabala kişi ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevin tapşırığı ilə onlara göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, deputat Hadı Rəcəbli həmişə şəhidin ailəsi ilə maraqlanıb, problemlərinin həllinə yardın göstərib.
Görüş zamanı Hadı Rəcəbli ailənin qayğıları ilə maraqlanıb. Şəhidin həyat yoldaşı oğlunun Lənkərandakı gimnaziyada oxumaq istəyindən danışıb və onlar üçün nəzərdə tutulmuş ev növbəsinin tezləşdirilməsini xahiş edib. Deputat bu problemlərlə məşqul olub və şəhidin qardaşı oğlunun işlə təmin olunmasına kömək edib.