
Brüsseldə PKK-ya dəstək aksiyası keçirilib.
Belçikanın Ankaradakı səfiri Brüsseldə PKK-ya dəstək aksiyası keçirildiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə Belçikanın Ankaradakı səfirinin Türkiyə XİN-nə çağırılmasına əsas səbəb Brüsseldə PKK-ya dəstək aksiyasının keçirilməsi olub. Belçikada PKK-ya dəstək aksiya miqrasiya üzrə Avropa İttifaqı-Türkiyə sammitinin keçirildiyi zaman baş tutub.
Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belçikalı həmkarı Didye Reyndersə zəng edərək müvafiq tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, Kürd Fəhlə Partiyası (PKK) Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.
Ağa AKİFOĞLU