Modern.az

TürkPA-dan Qazaxıstandakı seçkilərlə bağlı AÇIQLAMA

TürkPA-dan Qazaxıstandakı seçkilərlə bağlı AÇIQLAMA

Təhsil

21 Mart 2016, 13:24

Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasından (TürkPA) Modern.az-a verilən məlumata görə, bunu TürkPA beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək martın 21-də keçirilən yekun mətbuat konfransında çıxışında deyib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar - maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib.

Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olub və seçki bülletenlərinin hesablanma prosesini izləyib.


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?