Öldürüldükdən 15 il sonra jurnalist Georgi Qonqadze martın 22-də Kiyevdə dəfn ediləcək. Modern.az xarici mediaya istiadən bildirir ki, bu haqda mərhum jurnalistin həyat yoldaşı Miroslava Qonqadzenin vəkili Valentina Teliçenko məlumat verib.
O qeyd edib ki, dəfn mərasimində heç bir siyasətçinin, yaxud tanınmış şəxsin çıxışı nəzərdə tutulmur. Bundan əlavə, foto və video çəkilişi də qadağan edilib.
Qonqadze 2000-ci il sentyabrın 16-da öldürülüb, onun başı kəsilən meyiti həmin ilin noyabr ayında Kiyev vilayətindəki meşədə tapılıb. Onun nəşi indiyədək Ukrayna paytaxtındakı meyitxanalardan birində saxlanılırdı.
Ukrayna prezidenti Pyotr Poroşenko martın 21-də Ukraynanın Qəhrəman Ulduzunu jurnalistin arvadına təqdim edib.
Modern.az