Modern.az

Deputat 90 yaşlı veteranı təbrik etdi

Deputat 90 yaşlı veteranı təbrik etdi

Təhsil

22 Mart 2016, 09:58

Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli martin 21-də Lənkəranda, Böyük Vətən Müharibəsi veteranı Səfər Əziz oğlu Məhərrəmovun 90 yaşının tamam olması münasibətilə onu təbrik edib. Görüşdə ərazi vahidliyinin bələdiyyə sədri də iştirak edib.

Veteranın evində çay süfrəsi ətrafında maraqlı xatirələr yada salınıb. Səfər kişi müharibənin son günlərindəki döyüş səhnələrindən, bir ayağını itirməsindən və dövlətin onu qiymətləndirərək prezident təqaüdü ilə təltif etməsindən danışıb. Müharibədən sonra 1950-ci ildə ilk dəfə iqtisadiyyat fakultəsinə daxil olmağından, keçirdiyi əziyyətli günlərdən söhbət açıb.   Səfər və Barat Məhərrəmovlar 1970-ci illərdə Hadı Rəcəblinin Lənkəranda komsomol sədri olduğu günlərdə əməkdaşlıqlarından və fəalliqlarından xeyli mövzu bölüşülüb. Millət vəkili də veteranı maraqlandıran suallara cavab verib, qayğılarını bölüşüb. Veteranın ailə üzvləri Hadı Rəcəbliyə təşəkkür ediblər.  

Sonda deputat veterana yadigar olaraq bir neçə kitab bağışlayıb və maddi yardım göstərib.




Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?