Modern.az

Azad Rəhimov Dubayda İslam Oyunlarından danışacaq

Azad Rəhimov Dubayda İslam Oyunlarından danışacaq

Təhsil

22 Mart 2016, 10:10


Gənclər və idman naziri Azad Rəhimov 23 mart 2016-cı il tarixdə keçiriləcək “3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya səfərə yola düşüb.

Modern.az xəbər verir ki, 3-cü dəfədir ki, keçirilən  ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə  son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə  təqdim olunur.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə çıxışı  nəzərdə tutulub. Təqdimat əsnasında nazir ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, bu oyunlar zamanı 17 gün ərzində 6000-dən çox atletin 20 idman növündə mübarizə apardığını diqqətə çatdıracaq,  bu il ölkəmizdə Formula 1 Grand Prix turnirinin, Şahmat üzrə Dünya Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa Çmepionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda məlumat verəcək.

IV İslam Həmrəyliyi oyunları haqda daha geniş söz açarkən nazir Azad Rəhimov, oyunların 12-22 may 2017- ci ildə keçiriləcəyini, 20 idman növündə 5000 idmançının mübarizə aparacağını və oyunların keçiriləcəyi 14 idman obyektinin artıq tikilərək istifadəyə verildiyini diqqətə çatdıracaq.

Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti  İlham Əliyevin və ölkənin 1-ci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə aparılan idman siyasəti və onun inkişafı haqda qonaqları geniş şəkildə məlumatlandıracaq və görülən işlərin bariz nümunəsi olaraq  bu il dünyanın nüfuzlu “Sport Business Group” şirkətinin keçirdiyi sorğuya əsasən  Azərbaycanın idman oyunlarını yüksək səviyyədə keçirməsində 150 qlobal ölkə arasında 30-cu yerdə qərarlaşmasını bildirəcək.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə  bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?