Modern.az

Deputat Novruz Aslanov üçün özəl gün

Deputat Novruz Aslanov üçün özəl gün

Təhsil

22 Mart 2016, 11:53

22 mart tarixi Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun ad günüdür, o, 53 yaşını qeyd edir.
Modern.az saytının məlumatına görə, Novruz Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olub.
Azərbaycan Politexnik İnstitutunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib. 1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, müdir müavini işləyib. 1991-ci ildən "Azərağackağız" İdarəsinin rəis müavini, rəisi, "Azərağackağız" Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olub. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

Bitərəfdir.

2005-ci il noyabrın 6-da 86 saylı İsmayıllı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010-cu və 2015-ci illərdə də İsmayıllıdan Milli Məclisə deputat seçilib.
Evlidir, 4 övladı var.

"Tərəqqi" medalı ilə təltif edilib. Bir neçə kitabın müəllifidir.

2015-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) 95 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev tərəfindən Novruz Aslanov Azərbaycan Respublikasının ictimai -siyasi həyatında səmərəli fəaliyyətinə, Az.QAC-ın inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?