Modern.az

Borçalı Cəmiyyəti Türk Dünyasının birliyinə dəstək verdi

Borçalı Cəmiyyəti Türk Dünyasının birliyinə dəstək verdi

Təhsil

22 Mart 2016, 16:29

Martın 19-da Osmanlının qədim paytaxtı Bursa şəhərində Dünya Qarapapaq Türkləri və Bursa Bələdiyyəsinin təşkilatçılığı ilə Türk Dünyası Kültür Qurultayı və "Novruz Kutlamaları" keçirilib.

Modern.az xəbər verir ki, Borçalı İctimai Cəmiyyəti  bu  möhtəşəm törəndə Azərbaycan və Gürcüstandan olmaqla  15 nəfərlik heyyətlə iştirak edib.

Tərbirin rəsmi açılışında Cəmiyyətin sədri  Zəlimxan Məmmədli də protokol çıxışçıları arasında idi. O çıxışında Mərkəzi Borçalı-Gürcüstan olan qarapapaq türklərinin missiyasi haqqında danışıb. Z.Məmmədli Azərbaycan Prezidentinin Türkiyəyə son səfərinə işarə edərək bildidib ki, jest Türkiyə ilə Azərbaycanı ayırmaq istəyən qüvvələrə ən tutarlı cavabdır.

“Bu prosesin davamlı olmasına dəstək vermək biz borçalıların, qarapapaq türklüyününün borcu olmalıdır. Biz haqlı olaraq “bir millət-iki dövlət” şüarından çox istifadə edirik. Düşünürəm ki, artıq bir millət, bir dövlət, 2 bayraq – konfederativ dövlət qurmaq üzərində düşünmənin zamanı yetişib”.

Daha sonra Zəlimxan Məmmədli Borçalı türkləri, Gürcüstan, Azərbaycan adından türklük simgəsi olan telli sazı Bursa Böyükşəhər Bələdiyyə başkanı Rəcəb Altəpəyə hədiyyə edib.

Tədbirin ikinci günü vida mərasimində Borçalı Cəmiyyətinin Azərbaycan inciləri üzərində həkk olunmuş hədiyyələrin təqdimat mərasimi keçirilib. 
Tədbirə türk dünyasının müxtəlif yerlərindən gələn sənətçilərlə yanaşı,  aşıq Cahangirin saz havaları, Qafqazın qara zurna və ney ifaları, Səadət Buta, Suleyman Əhmədov, Vəli Qaraçaylının, Dərviş Osmanın şeirləri xüsusi rəng qatıb.
Azərbaycan millət vəkili Fazil Mustafanın çıxışı da rəğbətlə qarşılanıb.

“Hesab edirik ki, bu gün hər zamankından daha çox ehtiyac duyduğumuz birlik və bərabərlik yolundakı bu çalışmalar yaxın gələcəkdə öz faydasını daha çox göstərəcəkdir”,-deyən Zəlimxan Məmmədli Borçalı İctimai Cəmiyyəti olaraq Türk Dünyasının birliyi yolunda həyata keçən bütün fəaliyyətlərin önündə yer alacaqlarını, bu fəaliyyətlərə hər zaman dəstək verəcəklərini bəyan edib.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?