
Brüsseldə bu gün törədilən silsilə partlayışlara görə 2 belaruslu və 1 dağıstanlı həbs olunub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İvan və Alkesey Dovbaş qardaşları və Marat Yunusov şübhəli şəxs qisimndə saxlanılıb. Dağıstan əsilli Marat Yunusov həm Belarus , həm də Belçika vətəndaşlığına malikdir.
Brüssel metrosunda və aerportunda törədilən partlayışlarda ölənlərin sayı 34 nəfərə çatıb. Onlardan 20-si metroda, 14-ü isə aeropotda baş verəın partlayışın qurbanı olub.
Modern.az