
Martın 22-də Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34-ə çatıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu hadisələrdə xəsarət alanların sayı 136 nəfərdir.
Belçikanın rəsmi qurumlarının yaydığı xəbərə görə, Zaventem hava limanında 14, “Maalbeek” metrostansiyasında isə 20 nəfər ölüb.
Xatırladaq ki, İŞİD (İslam Dövləti) qruplaşması Brüsseldə bu gün törədilən silsilə partlayışlara görə məsliyyəti öz üzərinə götürüb.
Modern.az