Modern.az

Belçikada bayraqlar endirildi

Belçikada bayraqlar endirildi

Təhsil

23 Mart 2016, 10:25


Belçikanın paytaxtı Brüsseldə baş verən terror hadisələrindən sonra ölkənin daxili işlər naziri Yan Yambon 3 günlük matəm  elan olunduğunu açıqlayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu gündən ölkə ərazisində bütün dövlət bayraqları endirilib. Vətəndaşlar Brüsselin mərkəzi meydanlarında anım mərasimi təşkil ediblər.

Belçika ilə yanaşı digər Avropa ölkələrində, o cümlədən Fransa və Almaniyada da terror qurbanları anılır.

Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, Zaventem hava limanında  və “Maelbeek” metro stansiyasında baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. 

Gülşən RAUFQIZI

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?