Brüssel Zaventem hava limanındakı terror aktlarını Xalid və İbrahim Əl Bəqrai qardaşlarının reallaşdırdığı məlum olub. Modern.az saytının məlumatına görə, bu haqda Belçika dövlət televiziyası RTBF məlumat yayıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilib.
İngiltərənin “Reuters” agentliyinin verdiyi xəbərdə, təcavüzkarlar hüquq mühafizə orqanlarında qeydiyyatda olub.
Martın 22-də Brüsseldə baş verən partlayışlarda 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
Gülşən RAUFQIZI