Modern.az

Qalmaqallı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşırlar

Qalmaqallı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşırlar

Təhsil

29 Mart 2016, 14:22

“ Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ilə bağlı artıq 4 dövlət orqanından rəy təklifi almışıq. Bunlar Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsidir. Onlar çox cüzi iradlar bildiriblər. Daha iki dövlət orqanından rəy aldıqdan sonra bu qanun layihəsini komitə iclasında müzakirəyə çıxaracağıq”.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov bildirib.

Komitə sədri sözügedən qanun layihəsinin bu gün insanları daha çox maraqlandırdığını deyib:

““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi bu gün insanları çox maraqlandırır. Cəmiyyət üçün maraqlıdır. Qəbula gələn insanların da böyük bir qismi bununla bağlı müraciət edir. Bu qanunun hazırlanıb qəbul olunması çox vacibdir”.

Deputat bildirib ki, hazırda bu qanun üzərində son işlər aparılır.

“Növbəti iclaslıarda bir daha müzakirəyə çıxarılacaq. Biz artıq bu qanun layihəsini bir neçə quruma rəy üçün göndərmişik”.

Qeyd edək ki,  “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirələrdən sonra parlamentin plenar iclasına çıxarılması gözlənilir.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?