Modern.az

Gürcüstanda eynicinslilərin nikahına razılıq verilə bilər

Gürcüstanda eynicinslilərin nikahına razılıq verilə bilər

Təhsil

29 Mart 2016, 15:21



Gürcüstanın Mərkəzi Seçki Komissiyası eyni cinslilərin nikahları ilə bağlı referendumun keçirilməsi barədə vəziyyəti qeydə alıb. Modern.az xarici mediaya istinadən bildirir ki, respublika vətəndaşları referndumda bu suala cavab verməli olacaqlar: “Gürcüstanda eynicinslilər arasında nikah bağlanmasını istəyirsiniz, ya yox?”.

Referenduma çıxarılacaq bu məsələnin təşəbbüs qrupu 7 nəfərdən ibarətdir.

Bununla belə, MSK referendum üçün irəli sürülən digər məsələlərin qeydiyyatından imtina edib. Bunların arasında “Gürcüstan ordusunun hərbi hissələrinin xaricdə xidmət keçməsini istərdinizmi?”, “Gürcüstan parlamentinin tərkibinin 61 üzvdən ibarət olmasını istərdinizmi?”, “Gürcüstanın neytral ölkə elan edilməsinin istərdiniz, ya yox?” və digər məsələlər də olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?