Modern.az

Ərdoğan Rza Zərrabın həbsindən DANIŞDI və Güləni HƏDƏFƏ ALDI

Ərdoğan Rza Zərrabın həbsindən DANIŞDI və Güləni HƏDƏFƏ ALDI

Təhsil

29 Mart 2016, 15:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində getməzdən öncə Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Vaşinqtonda olduğu zaman yüksək səviyyəli görüşlər keçirəcəyini bildirib.

“Ölkə liderləri ilə görüşlərimiz olacağı kimi, iş dünyası ilə də geniş tərkibli görüşmələrimiz olacaq”,-deyə o qeyd edib.

Prezident iş adamı Rza Zərrabın ABŞ-da həbs olunmasına da münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu məsələ Türkiyənin maraq dairəsində deyil.

“Bu, əslində ölkəmizi maraqlandıran bir məsələ deyil. “Qara pullar” məsələsidir və ya bu deyil. Bunun mahiyyətini bilmədən hər hansı bir dəyərləndirmə etməyi düzgün saymıram. Amma “qara pullar”ın ataları orada – Pnesilvaniyada oturur. (Fətullah Güləni nəzərdə tutur-red). Burada duranlara oradakı səlahiyyətli şəxslər hər hansı bir şey tətbiq etdilərmi?”... Rza bəylə bağlı bir şey varsa, buna onun vəkilləri lazımı cavab verəcəklər və onu müdafiə edəcəklər”.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?