Modern.az

Keçi telefon xəttindən asılı qaldı - FOTO

Keçi telefon xəttindən asılı qaldı - FOTO

Təhsil

29 Mart 2016, 15:36



Yunanıstanda buynuzları 6 metr hündürlükdə telefon tellərinə keçdiyindən göydən asılı qalan keçini görənlər gözlərinə inana bilməyib. Modern.az-ın xarici mediaya istinadən vediyi xəbərə görə, keçinin xilas edilməsi üçün böyük güc sərf olunub.

Öncə bir nərdivanın köməyi ilə qarnından çəkilərək sıldırım yamaca yaxınlaşdırılan keçinin ayağına kəndir bağlanıb. Ayağına bağlanan iplə çəkilərək ehtiyatla yerə yaxınlaşdırılan keçi sonunda bir ağaca dırmaşıb. Sonra ip keçinin ayağından açılaraq xilas edilib.

Olduqca qorxmuş görünən keçi qaça-qaça oradan uzaqlaşıb. Keçinin oraya necə çıxdığı isə hələ də maraqla müzakirə olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?