Modern.az

BP-də azərbaycanlı vitse-prezident

BP-də azərbaycanlı vitse-prezident

29 Mart 2016, 18:24


BP-nin hazırda Çıraq və Dərinsulu Günəşli  sahəsi üzrə əməliyyatlar meneceri Orxan Quliyev 15 iyun 2016-cı il tarixindən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunub.

Bu haqda Modern.az saytına "BP-Azerbaijan"dan məlumat verilib.

O.Quliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə  müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.

O.Quliyev BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse prezident Robert Uottu əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

BP-də çalışdığı 20  ildən artıq bir  müddət ərzində Orxan Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanıb.

Bundan əvvəl Orxan  dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində  layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində  müxtəlif  vəzifələr tutub.

Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə maqistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamakası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Orxan həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil almışdır - onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun  Əməliyyatlar Akademiyasını bitirib.

Orxan neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Evlidir, iki övladı var. 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir