Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib. Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
Modern.az