Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib. Modern.az saytı xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya qurumda heç bir yoxlama aparılmadığı bildirilib: “Heç bir yoxlama həyata keçirilmir, və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır”.
Qeyd edək ki, bu gün DSX-də yoxlamaların aparılması və dörd generalın sərəncama göndərilməsi barədə məlumatlar yayılıb.
Modern.az