Saatlı rayonunun keçmiş hərbi komissarı İlqar Atayev martın 27 –də Bakıda cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsində, 42 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.
Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, İ lqar Atayev dünən Mehdiabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, o, 2007-2012-ci illərdə Saatlı rayon hərbi komissarı əvəzi vəzifəsində işləyib. 2012-ci ildə tabeliyində olan işçilərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunaraq 2014-ci ildə məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Modern.az