Modern.az

Salyanda yük maşını çaya düşüb - sürücü yoxa çıxıb

Salyanda yük maşını çaya düşüb - sürücü yoxa çıxıb

Təhsil

30 Mart 2016, 01:56

 

Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da salonda sürücü aşkar edilməyib. Hazırda hadisə yerində  hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.

Qeyd edək ki, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur. 

Hadisə yerində axtarışlar davam etdirilir.

Modern.az    
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?