
Milli Məclisin aprelin 5-də keçiriləcək iclasın gündəliyi məlum olub.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. O qeyd edib ki, iclasda 21 məsələyə baxılacaq. İclasın gündəliyinə İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi haqqında sənəd də daxil edilib.
“Digər məsələlər müxtəlif qanunlara dəyişiklik edilməsi ilə bağlıdır. İnzibati Xətalar, Mülkü, Cinayət, Torpaq məcəllələri, eyni zamanda "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "İnzibati icraat haqqında", "Sığorta fəaliyyəti haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycanda vərəmlə mübarizə haqqında", "Hemofiliya, talassemiya, irsi qan xəstələliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" kimi qanunlara dəyişiklik edilməsi ilə bağlı sənədlər gündəliyə daxil edilib”.
Aytən ZƏHRA