
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni loqotipi təsdiq olunub. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən ilin payızından etibarən ali təhsil ocağının əməkdaşlıq etdiyi şirkət loqotiplə bağlı bir neçə dizayn təklif edib, onların heç biri qəbul olunmadığı üçün yeni loqotiplər üzərində işlənilib.
Bununla yanaşı, universitetin tələbələri də öz layihələrini təklif edib, onlardan bəziləri dizayn şirkətinə təqdim olunub. Həmin tələbələrdən birinin hazırladığı loqo əsasında bir neçə yeni dizayn yaradılıb təklif edilsə də, heç biri qəbul olunmayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiqlənmiş loqotipini ictimaiyyətə təqdim edir və onun hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirir.
Modern.az