Modern.az

QHT Şurası təlim keçirdi

QHT Şurası təlim keçirdi

Təhsil

30 Mart 2016, 18:50

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.

Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsidir.

Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

Təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?