Modern.az

”Bu yanğın yadıma Kəlbəcərdə yandırılan evimizi saldı”

”Bu yanğın yadıma Kəlbəcərdə yandırılan evimizi saldı”

Təhsil

30 Mart 2016, 21:17

 

Gürcüstanın paytaxtı Tiflisdə yerləşən“Vere Palas” otelində yanğın baş verib. Modern.az saytı xəbər verir ki, hadisə azərbaycanlıların qaldığı otaqda qeydə alınıb. Belə ki, yanğın baş verən otaqda Müsavat partiyasının üzvü Nigar Yaqublu və Ümüd partiyasının sədr müavini Həcər Abbaslı qalıqmış.

Yanğın zamanı hər iki şəxs forumda olduğundan xəsarət alan olmayıb. Hadisəyə nəyin səbəb olduğu araşdırırlır.

İlkin ehtimala görə, yanğın qısa qapanma nəticəsində meydana gəlib.

“Bu yanğın yadıma Kəlbəcərdə ermənilər tərəfindən yağmalanan və yandırılan evimizi saldı.O zaman da heç nəyimizi götürə bilməmişdik, ancaq özümüzü çıxara bilmişdik. Bu yanğın biz orda olanda baş versəydi indi bu statusu yaza bilməzdim. Ölümdən dönmüş və şansı gətirmiş biri olaraq deyə bilərəm ki, əsas can sağlığıdır”-, deyə  Həcər Abbaslı yazıb.

Həcər Abbaslının sözlərinə görə, otel rəhbərliyi dəyən ziyanın yalnız cüzi bir hissəsini qarşılama razılaşıb. Buna görə də onlar polisə şikayət edəcəklər.


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?