Modern.az

“Himnimiz səslənəndə ayağa dururam” deyən Əlizadə Sərdar Cəlaloğluna SATAŞDI

“Himnimiz səslənəndə ayağa dururam” deyən Əlizadə Sərdar Cəlaloğluna SATAŞDI

Təhsil

31 Mart 2016, 10:30


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Azərbaycan himni barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Araz Əlizadənin “Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın” deməsi ciddi etirazlara səbəb olub.

Deputat məsələ ilə bağlı Modern.az saytına açıqlama verib. O deyib ki, dediklərinin arxasında durur və fikirlərini bir insan kimi əsaslandırıb.

“Mən həmişə sözlərimin arxasında dururam. Mən bir insan kimi öz münasibətimi açıqlamışam. Elə adamlar var ki, onlar muğamı sevir, elələri də var ki, sevmir. Elə insanlar var ki, cazı sevir, elələri də var ki, sevmir. Ona görə də, heç kəs onlara çamur atmamalıdır. Hər bir insan azaddır, normal fikir səsləndirə bilər. Himnimiz çalınanda mən ayağa dururam və onu oxuyuram. Lakin mən bilirəm ki, bu himn insanlara ruh yüksəkliyi gətirmir. Himn adamlarda ruh yüksəkliyi oyatmalıdır”.

Araz Əlizadə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun himnə qarşı fikir səsləndirməyin dövlətçiliyə zidd olduğu barədə dediklərinə də toxunub.

“Sərdar Cəlaloğluna cavabım belə olacaq: Azərbaycan siyasətçisi əgər deyirsə ki, “mən Amerikapərəstəm”, onda bu insan getsin ABŞ-da yaşasın. Sərdar Cəlaloğlu övladlarını Böyük Britaniyaya göndərib, onlar orada yaşayır. Heç Azərbaycanda qalmırlar”.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?