Modern.az

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı tam alınmayıb - AÇIQLAMA

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı tam alınmayıb - AÇIQLAMA

Təhsil

31 Mart 2016, 14:03

“Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı sözügedən avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində deyil, 106-cı kilometrliyində alınıb”.

Bu haqda Modern.az saytına anısan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin ərazidə martın 25-də baş verən sürüşməni xatırladıb:

“Sürüşmə martın 25-də baş vermişdi və yamacda olan torpaq qatı yola doğru hərəkət edərək, yol kənarına tökülürdü. Dərhal həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olundu. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsi ilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb”.

Qurum rəsmisinin sözlərinə görə, həmin ərazidən təqribən 6-7 min kub torpaq daşınıb:

“Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə hazırda sürüşmə müşahidə olunmur.

O ki, qaldı Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsinə, orda sürüşmə və çökmə hadisəsi qeydə alınmışdı. Həmin ərazidə çökmüş ərazi bərpa olunub.

Sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurmasın deyə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə işlər hazırda da davam etdirilir”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?