Modern.az

Şirvanlı gənclər Quba Soyqırımı Memorial Kompleksində - FOTOLAR

Şirvanlı gənclər Quba Soyqırımı Memorial Kompleksində -  FOTOLAR

Təhsil

31 Mart 2016, 14:00


Şirvan rayonundan seçilən millət vəkili Rafael Cəbrayılovun təşkilatçılığı ilə 50-dən çox gənc Qubaya səfər edib. 31 mart soyqırımı günü ərəfəsində rayona səfər edən gənclər Quba kütləvi məzarlığında və  Soyqırımı Memorial Kompleksində olublar. Soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Gənclərə kütləvi məzarlıq haqqında ətraflı məlumat verilib. Sonra Memorial kompleksi ziyarət edən gənclərə kompleks haqqında məlumat verilib.

Bildirilib ki, 2009-cu ildə yaradılan kompleks 1918-ci ildə soyqırımı nəticəsində həlak olanların xatirəsinə ucaldılıb. Diqqətə çatdırılıb ki, kompleksin ucaldılmasında məqsəd qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirməkdir. Sonda Quba memorial kompileksini ziyarət edən Şirvan və Quba gənclərinin birgə konfransı keçirilib. Konfransda çıxış edən millət vəkili Rafael Cəbrayılov 31 mart soyqırımı barədə gənclərə məlumat verib, onların suallarını cavablandırıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?