Modern.az

Xanım deputat açıq dərs keçirdi

Xanım deputat açıq dərs keçirdi

Təhsil

31 Mart 2016, 16:47

Bakı şəhəri 295 N-li tam orta məktəbin şagirdləri və Quba Texniki Təmayüllü Liseyin şagirdləri ilə  birlikdə “31 Mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş açıq dərs keçirilib.

Modern.az xəbər verir ki, 295 N-li tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılovanın təşkilatçılığı keçirilən açıq dərsdə 1918-ci ildə  Azərbaycanlılara qarşı  ermənilər  tərəfindən törədilmiş kütləvi soyqırım haqqında  məlumat verilib.

Tədbirdən sonra Quba şəhər Texniki Təmayüllü Lisey və Bakı şəhəri  295 saylı məktəb arasında  Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb.

Sonra isə şagirdlər Quba soyqırımı memorial kompleksini ziyarət ediblər. Sonda deputat Dilarə Cəbrayılova tədbirin əhəmiyyətindən danışıb. 

O qeyd edib ki,bu kimi tədbirlərin şagirdlər arasında keçirilməsi şagirdlərin tarixi həqiqətlər, soyqırımı dəhşətləri haqqında daha dərindən öyrənməsində köməklik göstərir və onların  vətənpərvərlik ruhunu möhkəmləndirir.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?