
Yazıçı Əkrəm Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb. Bu haqda Turan-a yazıçının oğlu Nəcəf Naibov məlumat verib.
Əkrəm Əylisli Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.
Qeyd edək ki, dünən yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.
Yazıçı axşam saatlarında sərbəst buraxılıb.
Modern.az