Modern.az

Bəşər Əsəd Ərdoğan haqda: “Bu adam dəyişməyəcək”

Bəşər Əsəd Ərdoğan haqda: “Bu adam dəyişməyəcək”

Təhsil

31 Mart 2016, 17:12


Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RİA Novosti” xəbər agentliyinə geniş müsahibə verib.

Modern.az agentliyə istinadən xəbər verir ki, suriyalı prezident onun ən kəskin tənqidçilərindən sayılan türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan haqda da danışıb.

“Ərdoğan birbaşa terrorçuları dəstəkləyir. Onları Səudiyyə Ərəbistanı və Qətər vasitəsilə maliyyələşdirir, Türkiyə ərazisində sərbəst hərəkət etməsinə və hətta təlim keçməsinə imkan verir, İŞİD-lə neft alveri edir və terrorçulara yardım məqsədilə Suriya ordusunun mövqelərini artilleriya ilə vurur”.

Əsəd Ərdoğanın dəyişəcəyinə ümid etmədiyini deyib. 

“Onun etdiyi hər şey aqressiyadır. Mən çoxdandır ki, onun dəyişəcəyinə ümidimi və səbrimi itirmişəm. Ərdoğan türk döyüşçülərini Suriyaya vuruşmaq üçün göndərib. Və bu gün Türkiyə odusu əslində Ərdoğanın şəxsi ordusudur və terroçu ordudur. Biz bu terrorçulara Suriya ərazisində zərbə vurmaqla Ərdoğanı məğlub etmiş olacağıq”.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?