Modern.az

Əli Əhmədov: “Müxalifətinin əhəmiyyətli hissəsi virtual məkanda mövcuddur”

Əli Əhmədov: “Müxalifətinin əhəmiyyətli hissəsi virtual məkanda mövcuddur”

Ölkə

23 Dekabr 2010, 19:12

“Müxalifət partiyalarının mövqelərinin zəifləməsini onların bu günə qədər sərgilədikləri davranışlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi sanki, bir virtual məkanda mövcuddur”. Bu sözləri hakim partiyanın saytına müsahibəsində YAP icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, müxalifət Azərbaycan reallıqlarından, xüsusilə, Azərbaycan seçicilərinin maraqlarından, düşüncələrindən, istəklərindən tamamilə kənar düşüblər.
İcra katibi qeyd edib ki, 2010-cu il seçki kampaniyası Azərbaycanın siyasi həyatı üçün artıq yenilik olmayan bu həqiqəti yenidən təsdiqləyib. “Yeni Azərbaycan Partiyasının günü-gündən artan ictimai nüfuzu fonunda müxalifətin, xüsusilə, onun aqressiv hissəsinin mövqelərinin getdikcə zəiflədiyi faktı özünün təsdiqini tapıb”-deyə Ə.Əhmədov vurğulayıb.

Ə. Əhmədovun fikirincə, Azərbaycan müxalifətinin radikal qanadı daha çox özünün yaratdığı daxili problemlərilə məşğul olmaqdadır. “Bu problemlər onların başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıblar”-deyə icra katibi istehza ilə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub