Modern.az

Siyavuş Aslan xəstəxanadan evə buraxılıb

Siyavuş Aslan xəstəxanadan evə buraxılıb

23 Dekabr 2010, 19:42

Xalq artistinin səhhəti yaxşılaşıb

Azərbaycanın xalq artisti Siyavuş Aslan xəstəxanadan evə buraxılıb. Bu barədə Modern.az-a xalq artistinin oğlu Eldar Aslan bildirib. Onun sözlərinə görə, S. Aslan özünü artıq yaxşı hiss edir.
“Siyavuş müəllimin stasionar müalicədən sonra səhhəti yaxşılaşıb. Xüsusi xəstəxananın baş həkimi və onu müalicə edən professor atamı evə buraxmaq barədə qərar verdilər. Hazırda atam dincəlir. Yeni ilə hazırlaşır”-deyə E.Aslan bildirib. O, deyib ki, xalq atristinin evi təmir olunduğu üçün hələlik onun yanındadır.

Eldar Aslan qeyd edib ki, xalq artisti Modern.az-a və onun səhhətini daim diqqətdə saxlayan digər mətbuata öz salamlarını çatdırmağı xahiş edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi